Əsas Səhifə > XARİCİ XƏBƏR > III Çarlzın təsviri olan sikkələr dövriyyəyə buraxılır
III Çarlzın təsviri olan sikkələr dövriyyəyə buraxılır30-09-2022, 15:59 |
Böyük Britaniyada Kral III Çarlzın təsviri olan ilk sikkələr təqdim edilib. Bu barədə Kral Zərbxanasının saytında xəbər verilib. “Biz min yüz ildən artıqdır ki, Britaniya monarxiyası üçün sikkələr zərb edirik. Əlahəzrət Kral III Çarlzın Böyük Britaniyanın ilk təsvirini zərb etməkdən şərəf duyuruq”, - deyə idarədən bildirilir. Məlumata görə, III Çarlzın portretinin relyefini britaniyalı heykəltaraş Martin Cenninqs hazırlayıb, kral isə təsdiqləyib. 17-ci əsr ənənəsinə və numizmatik qaydalara uyğun olaraq, III Çarlz anası II Elizabetdən fərqli olaraq sikkənin üzərində üzünü “sola” tutacaq. Xatırladaq ki, bir müddət əvvəl Böyük Britaniyada Kral III Çarlzın yeni kral şifrəsi təqdim edilmişdi. Yeri gəlmişkən, İngiltərə Bankı 2024-cü ilin ortalarında Britaniya Kralı III Çarlzın təsviri olan əsginasların dövriyyəyə buraxılacağını elan edib. Yeni kralın portreti bütün dörd polimer əsginasda (£5, £10, £20 və £50) əks olunacaq. O da vurğulanıb ki, kraliça II Elizabetin təsviri olan əsginasların hazırkı ehtiyatının dövriyyəsi davam edəcək. Şəffaflıq.az Geri qayıt |