Əsas Səhifə > İdman > Məhəmmədrəsul peşəkar boksda ilk döyüşünə çıxdı – Nokautla qalib gəldi

Məhəmmədrəsul peşəkar boksda ilk döyüşünə çıxdı – Nokautla qalib gəldi


14-09-2019, 20:31

 


Azərbaycan boksçusu, üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşünə çıxıb.

Şəffaflıq.az xəbər verir ki, super ağır çəkidə yarışan 33 yaşlı boksçumuz sentyabrın 13-də ABŞ-ın Nyu-York şəhərində yerli idmançı Ed Fonteynlə (bunadək 12 döyüş, 7 qələbə) üz-üzə gəlib. Məcidov dördüncü raundda texniki nokautla qələbə qazanıb.

Məlumatı özünün İnstagram səhifəsində Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yayıb.
Geri qayıt