Əsas Səhifə > Dünya > Aİ-nin Rusiya ilə quru sərhədi açıq qalan yeganə ölkəsi də rusiyalılara qapısını bağlayır

Aİ-nin Rusiya ilə quru sərhədi açıq qalan yeganə ölkəsi də rusiyalılara qapısını bağlayır


29-09-2022, 23:54



Sentyabrın 30-da Finlandiyaya turizm məqsədi ilə yollanan rusiyalılar üçün sərhəd bağlanacaq.

Məlumat Finlandiya hökuməti tərəfindən təsdiqlənib.

Respublika XİN-i qərarın beynəlxalq münasibətlərə təhlükə ilə bağlı olduğunu izah edib.

Bununla belə, Finlandiyaya ailə, təhsil, iş, müalicə, habelə humanitar səbəblərə görə daxil olma istisna təşkil edəcək.

Qeyd edək ki, Finlandiya Rusiyanın açıq quru sərhədinə malik olduğu yeganə Aİ ölkəsidir.

Şəffaflıq.az


Geri qayıt