Əsas Səhifə > XARİCİ XƏBƏR > Monteneqro Rusiya səfirliyinin, demək olar ki, bütün diplomatik heyətini ölkədən çıxarıb

Monteneqro Rusiya səfirliyinin, demək olar ki, bütün diplomatik heyətini ölkədən çıxarıb


29-09-2022, 23:48



Monteneqro Rusiya Federasiyasının respublikadakı səfirliyinin demək olar ki, bütün diplomatik heyətini ölkədən çıxarıb.

Bu barədə cümə axşamı Rusiyanın Monteneqrodakı diplomatik nümayəndəliyindən məlumat verilib.

“Biz qovulma faktını təsdiq edirik. Demək olar ki, bütün diplomatik heyət ölkədən çıxarılır. Monteneqro hakimiyyətinin Rusiya Federasiyasının Monteneqrodakı səfirliyinə qarşı düşməncəsinə hərəkətləri səbəbindən səfirliyin konsulluq şöbəsinin işi 30 sentyabr 2022-ci ildən qeyri-müəyyən müddətə dayandırılıb”, - səfirlikdən bildirilib.

Şəffaflıq.az


Geri qayıt