Əsas Səhifə > Cəmiyyət / REGİON > İsmayıllıda 27 sentyabr Anım Günü ilə əlaqədar mərasim keçirilib.-FOTO
İsmayıllıda 27 sentyabr Anım Günü ilə əlaqədar mərasim keçirilib.-FOTO28-09-2022, 17:08 |
İsmayıllı rayonunda 27 Sentyabr-Anım Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş tədbir keçirilib. Şəffaflıq.az xəbər ver ir ki,İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə rayon rəhbəri Nahid Bağırov, Millət vəkili Novruzəli Aslanov, hüquq-mühafizə orqanları, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və ictimaiyyətin nümayəndələri iştirak edib. Şəhidlər Xiyabanında keçirilən mərasimdə Dövlət himni səsləndirilib, din xadimi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov bildirib ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında düşmən 44 günə kapitulyasiya edildi. Bununla da Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan müharibə dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdü. Ali Baş Komandanın çağırışı ilə böyükdən kiçiyə birləşən Azərbaycan xalqının birliyinin şərəfinə bu müharibə həm də "Dəmir yumruq" əməliyyatı adlandırılır. Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində ismayıllıların da böyük qəhrəmanlıq göstərərək yüksək fədakarlıq nümayiş etdirdiyini bir daha qeyd edərək, qələbə yolunda, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizi dərin hüznlə yad edib, sağlamlığını itirən qazilərə şəfa diləyib. Millət vəkili Novruzəli Aslanov çıxış edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü, qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfərin əhəmiyyətindən danışıb. Millət vəkili həmçinin işğaldan azad edilmiş torpaqlarda aparılan abadlıq-quruculuq işlərinin əhəmiyyətini də vurğulayıb. Şəhid Novruz Həmzəyevin anası Zenfira xanım şəhid anaları adından çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi Vüqar Hacıyev müharibə ilə bağlı xatirələrini bölüşüb və döyüş yoldaşlarının göstərdikləri igidliklərdən bəhs edib. Məlumat üçün bildiririk ki, anım tədbirləri rayonun bütün kəndlərində şəhid məzarları önündə keçirilib, həmçinin şəhid ailələri evlərində ziyarət olunub. Anım mərasimindən sonra şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keşirilib. Ağacəkmə aksiyasında Eldar şamı, Tuya və Oliandra ağacları əkilib. Sentyabrın 27-də Anım Günü ilə əlaqədar saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səs siqnalları verilib. Geri qayıt |