Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Qaçqınkomun sifarişi ilə tikilən mənzillərin qiyməti bu qayda ilə müəyyən ediləcək

Qaçqınkomun sifarişi ilə tikilən mənzillərin qiyməti bu qayda ilə müəyyən ediləcək


27-09-2022, 10:32


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən müəyyən ediləcək.

Şəffaflıq.az bildirir ki, bu barədə məsələ "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası"nda əksini tapıb.

Qaydaya əsasən, mənzillərin başlanğıc qiyməti "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq Nazirliyin cəlb etdiyi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.

Hərracın keçirilməsi məqsədilə Təşkilatçı tərəfindən 5 üzvdən - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (2 nəfər) və Maliyyə Nazirliyinin (1 nəfər) nümayəndələrindən ibarət Komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur. Komissiyanın sədri komissiya üzvləri sırasından bu Qaydaya uyğun olaraq keçirilən səsvermə yolu ilə seçilir. Komissiyanın qərarları hər bir Komissiya üzvünün bir səsi olmaqla, açıq səsvermə yolu ilə iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komissiyanın iclaslarında üzvlərinin azı üçdə ikisi iştirak etdikdə, Komissiya səlahiyyətlidir. Səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməzlər.


Geri qayıt