Əsas Səhifə > Hadisə > Qəbələ RLS-də faciəvi hadisə: Ölən var

Qəbələ RLS-də faciəvi hadisə: Ölən var


26-09-2022, 22:06



Qəbələ Radiolokasiya Stansiyasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Şəffaflıq.az xəbər verir ki, rayonun Soltannuxa kəndində yerləşən hərbi təyinatlı obyektdə mühafizəçi işləyən 1981-ci il təvəllüdlü Sərvan Hüseyn oğlu Balasoltanovu elektrik cərəyanı vurub. O, hadisə yerində vəfat edib.

Ölən şəxsin Qəbələ Rayon Mühafizə Şöbəsinin mülki işçisi olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Geri qayıt