Əsas Səhifə > XARİCİ XƏBƏR > Dağıstanda səfərbərliyə etiraz olaraq yolu bağladılar

Dağıstanda səfərbərliyə etiraz olaraq yolu bağladılar


25-09-2022, 23:35



Dağıstanda səfərbərliyə etiraz edənlər Xasavyurt-Mahaçqala federal magistral yolunu bağlayıblar.

Respublikanın Xasavyurt rayonunun Endirey kəndinin sakinləri səfərbərlik zamanı yol verilən səhvlərdən ciddi narazıdırlar.

Aksiya zamanı atışma səsləri eşidilib.

Bildirilib ki, polis etirazçıları dağıtmaq üçün havaya atəş açıb.

Məlumata görə, etiraza səbəb ordudan yeni qayıtmış oğlanların yenidən hərbi xidmətə çağırılması olub.

Şəffaflıq.az


Geri qayıt