Əsas Səhifə > Hadisə > Tovuzda traktor aşdı, sürücü öldü

Tovuzda traktor aşdı, sürücü öldü


25-09-2022, 23:29



Tovuzun Əlibəyli kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Şəffaflıq.az məlumat verir ki, traktorun idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, 1972-ci il təvəllüdlü Asif Şamilov ağır xəsarətlər alıb.

O, xəstəxanaya aparılsa da, öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt