Əsas Səhifə > Dünya > Qalaktikamızdakı müəmmalı titrəyişlərin səbəbləri məlum oldu
Qalaktikamızdakı müəmmalı titrəyişlərin səbəbləri məlum oldu25-09-2022, 15:40 |
Süd yolundakı müəmmalı pulsasiyaların səbəbləri məlum olub. İsveçin Lund Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi qrup “Gaia” kosmik teleskopunun məlumatlarından istifadə edərək Süd Yolunun xarici diskinin böyük hissələrinin titrədiyini sübut edib. Bu dalğalanmalar yüz milyonlarla il əvvəl qalaktikamızı silkələyən və hazırda Oxatan bürcündə görünən cırtdan qalaktikadan qaynaqlanır. Alimlərin sözlərinə görə, Süd Yolu 100-400 milyard ulduzdan ibarətdir. Onlardan bəziləri qalaktika diskinin xarici bölgələrində yerləşir. Həmin ulduzlar müxtəlif sürətlə yuxarı və aşağı hərəkət edir. Belə ki, Oxatan bürcündəki cırtdan qalaktika Süd Yolunun yanından keçərkən qalaktikamızda dalğalanmalar yaradıb. Şəffaflıq.az Geri qayıt |