Əsas Səhifə > XARİCİ XƏBƏR > Türkiyədə yük maşınları minik avtomobilləri ilə toqquşdu: Ölənlər var
Türkiyədə yük maşınları minik avtomobilləri ilə toqquşdu: Ölənlər var25-09-2022, 15:38 |
Türkiyənin Malatya və Qars əyalətlərində ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Belə ki, bu gün baş verən qəza zamanı yük maşınları minik avtomobilləri ilə toqquşub. Türkiyənin NTV telekanalından verilən məlumata görə, Malatyada Kayseri-Malatya yolunda yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində avtomobildə olan 6 nəfər ölüb. Qarsın Sarıkamış rayonunda isə yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər ölüb, yük maşınının sürücüsü xəsarət alıb. Şəffaflıq.az Geri qayıt |