Əsas Səhifə > Dünya > Alimlər proqramlaşdırıla bilən canlı yaratdırlar

Alimlər proqramlaşdırıla bilən canlı yaratdırlar


25-09-2022, 09:46



Alimlər proqramlaşdırıla bilən canlı toxuma əmələ gətirən süni bakteriyaların koloniyalarını artırmağa imkan verən texnologiya hazırlayıblar.

Bioloqlar bakteriyaların genomunu xüsusi tapşırıqlar üçün redaktə edirlər. Bu orqanizmlər sonra xüsusi bir zülalın köməyi ilə özlərini çoxaldır və makroskopik strukturlarda sıralanırlar.

Təcrübələrdə insanlar üçün neytral olan “Caulobacter crescentus” bakteriyasından istifadə olunub. Onun hüceyrə membranını qoruyucu qabıqla örtməkdən məsul olan zülal modifikasiya edilib.

Redaktədən sonra zülal qabıqdan müxtəlif strukturlar qura bilib. Nəticədə, müəyyən bir formada böyüyən jele şəklində bir maddə alınıb.

Belə strukturlar, məsələn, su obyektlərinin çirklənmədən və zəhərli maddələrdən proqramlaşdırılmış təmizlənməsi üçün istifadə edilə bilər.

Şəffaflıq.az


Geri qayıt