Əsas Səhifə > Hadisə > Sumqayıt sakinləri Qubada qəzaya düşdülər

Sumqayıt sakinləri Qubada qəzaya düşdülər


24-09-2022, 23:39



Qubanın Qam-Qam kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.

Şəffaflıq.az məlumat verir ki, hadisə “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çarpılması nəticəsində qeydə alınıb.

Xəsarət alanlar - Sumqayıt şəhər sakinləri, sürücü 1980-cı il təvəllüdlü Elşən Məcid oğlu Ramazanov və onun sərnişini 1994-cü il təvəlludlü Lütfiyyə Məmməd qızı Ramazanova Quba Rayon Diaqnostika mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt