Əsas Səhifə > ƏSAS XƏBƏR > Türkiyənin geyim məhsulları Azərbaycanda üç dəfə baha satılır

Türkiyənin geyim məhsulları Azərbaycanda üç dəfə baha satılır


23-09-2022, 23:25



Türkiyədən Azərbaycana tekstil məhsullarının idxalı 33,4 faiz çoxalıb. Buna da səbəb kimi vətəndaşların qardaş ölkədən həm də onlayn alış-veriş etdikləri göstərilir. Çünki bəziləri düşünür ki, belə olanda daha az xərclə üzləşirlər. Bununla belə yerli mağazalardan da Türkiyə istehsalı olan paltarları alanlar az deyil.

Türkiyə onlayn sifariş vasitələri ilə paytaxt mağazalardakı qiymətləri müqayisə etdik. Məlum oldu ki, qardaş ölkədə satılan və eyni brendə məxsus olan geyimlər Bakıdakı ticarət obyektlərində 3 dəfəyədək baha satılır.

Satıcıların isə sözlərinə görə, Türkiyədəki qiymətlərlə Azərbaycandakı qiymətlər arasında fərq o qədər də çox deyil.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, məhsulun idxal xərclərinə nəzər saldıqda yerli sahibkarları heç də qınamaq olmaz.

Xalid Kərimli qeyd edib ki, istehlakçının daha ucuz qiymətə məhsul əldə etməsi onun haqqıdır. Lakin yerli sahibkarlar da müəyyən səbəbləri nəzərə alaraq məhsulu baha qiymətə satmağa məcburdurlar.

Şəffaflıq.az


Geri qayıt