Əsas Səhifə > XARİCİ XƏBƏR > Təbriz Universitetində dərslər dayandırıldı

Təbriz Universitetində dərslər dayandırıldı


23-09-2022, 23:22



Təbriz Universitetində sentyabrın 24-dən naməlum müddətə qədər dərslər dayandırılıb.

“Azad İran” “Telegram” kanalı bu barədə Universitetin rəhbərliyinə istinadən məlumat yayıb.

Məlumatda tətil səbəbləri barədə açıqlama verilməsə də, bunun etiraz aksiyalarının genişlənməsi və Təbrizdə hökumətə qarşı kütləvi nümayişlərin davam etməsi ilə bağlı olduğu ehtimal edilir.

Bununla yanaşı, Tehran Universitetində də dərslərin dayandırılması barədə bildiriş yayılıb.

Şəffaflıq.az


Geri qayıt