Əsas Səhifə > Cəmiyyət > Vətən müharibəsindən sonra 200-ə yaxın qazi müalicə üçün Türkiyəyə göndərilib
Vətən müharibəsindən sonra 200-ə yaxın qazi müalicə üçün Türkiyəyə göndərilib22-09-2022, 13:10 |
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xəsarət almış şəxslərin və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fondu vasitəsilə Vətən müharibəsindən ötən müddətdə 200-ə yaxın həmvətənimiz müalicə üçün Türkiyəyə göndərilib”. Şəffaflıq.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisinin açılış mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, onların böyük əksəriyyəti müalicələrini başa vuraraq vətənə geri dönüblər: “Sağlamlıqlarına qovuşmuş şəxslərin arasında hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan şəhidlərimizin ailə üzvləri də yer alır. Həmçinin Türkiyəli mütəxəssislər Azərbaycana dəvət olunaraq burada da müharibədə xəsarət almış şəxslərin sağlamlıqlarının bərpası prosesinə aktiv cəlb olunurlar”. Geri qayıt |