Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiyada səfərbərlik əleyhinə ümumxalq mitinqinə çağırış
Rusiyada səfərbərlik əleyhinə ümumxalq mitinqinə çağırış21-09-2022, 14:59 |
Bu gün Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərliyin elan olunduğunu açıqlayıb. Lakin Rusiyada qismən səfərbərliklə bağlı göstərişi cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, Rusiyada fəaliyyət göstərən “Vesna” Gənclər Hərəkatının üzvləri qismən səfərbərliyə qarşı ümumxalq mitinqi elan ediblər. Kütləvi aksiyaya çağırışın mətni “Vesna” hərəkatının “Twitter” səhifəsində dərc edilib. Fəallar vətəndaşları bu gün, sentyabrın 21-də Moskva vaxtı ilə 19:00-da (Bakı vaxtilə 20:00-da) yaşadıqları şəhərlərin mərkəzində toplaşmağa çağırıblar. “Minlərlə Rusiya kişisi - atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin ətçəkən maşınlarına atılacaq. Onlar nə üçün öləcəklər? Analar və uşaqlar niyə göz yaşı tökəcəklər? Putinin sarayı üçün? İndi müharibə, həqiqətən, hər evə, hər ailəyə gələcək. Hakimiyyət deyirdi ki, ancaq “peşəkarlar” döyüşürlər və onlar qalib gələcəklər. Məlum oldu ki, onlar qalib gəlmirlər və məhbuslar cəbhəyə cəlb olunmağa başlayıb. İndi də səfərbərlik elan olunub. Deməli vəziyyət son dərəcə ağırdır. Müharibə artıq “orada” deyil - ölkəmizə, evlərimizə gəlib, qohumlarımız üçün gəlib. Beləliklə, onlar Rusiyanı dəhşətli qırğınlara, təcridə və yoxsulluğa sürükləyən Putin rejiminin səhvlərini düzəltmək üçün ölməlidirlər”, - “Vesna” hərəkatının yaydığı bəyanatın mətnində yazılıb. Şəffaflıq.az Geri qayıt |