Əsas Səhifə > Dünya > Avropa İnsan Hüquqları Məhkəməsinə ilk dəfə qadın prezident seçilib
Avropa İnsan Hüquqları Məhkəməsinə ilk dəfə qadın prezident seçilib20-09-2022, 00:02 |
Avropa İnsan Hüquqları Məhkəməsinin yeni prezidenti məlum olub. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İrlandiyalı hakim Siofra O'Liri məhkəmənin yeni Prezidenti seçilib. O, qurumun ilk qadın rəhbəri olaraq bu vəzifədə islandiyalı Robert Spanonu əvəz edəcək. O'Liri vəzifəsinin icrasına 2022-ci il noyabrın 1-dən başlayacaq. Qeyd edək ki, yeni Prezident cari ilin yanvar ayından bəri Avropa İnsan Hüquqları Məhkəməsinin vitse-prezident olub. Şəffaflıq.az Geri qayıt |