Əsas Səhifə > İnfrastruktur > Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qazaxda vətəndaşları qəbul edəcək
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qazaxda vətəndaşları qəbul edəcək19-09-2022, 10:18 |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabrın 23-də Qazax rayonunda vətəndaşları qəbul edəcək. Şəffaflıq.az Agentliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyənlərin Qazax rayonu “28 №-li Yol İstismarı”, Ağstafa rayonu “27 №-li Yol İstismarı” və Tovuz rayonu “26 №-li Yol İstismarı” MMC -lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. Geri qayıt |