Əsas Səhifə > Cəmiyyət > Dövlət Turizm Agentliyi elan etdiyi qrant müsabiqəsinin qaliblərini açıqlayıb
Dövlət Turizm Agentliyi elan etdiyi qrant müsabiqəsinin qaliblərini açıqlayıb19-09-2022, 09:49 |
Azərbaycanda turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması və turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmə işinin həyata keçirilməsi məqsədi ilə Dövlət Turizm Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyən edilib. Şəffaflıq.az bu barədə Agentliyə istinadən xəbər verir. Məlumata görə, ümumi layihələr keyfiyyəti, icra potensialı və sosial-iqtisadi təsirləri kimi qiymətləndirmə meyarlarına, tədqiqat layihələri isə əsaslandırılması və aparılma metodologiyası, icra potensialı və büdcəsinin uyğunluğu, aydın təsvir edilməsi kimi qiymətləndirmə meyarlarına uyğun olmaqla rəqabətlilik prinsipləri əsasında seçilib. Qiymətləndirmə nəticəsində minimum keçid 48 balı toplayan 10 layihə aşağıdakılardır:
256 layihədən 128-i elan edilmiş müsabiqə mövzularına uyğun gəlmədiyinə və ya təqdim olunan layihə sənədlərində çatışmazlıq aşkar olunduğuna görə qiymətləndirmə mərhələsinə keçməyib. 128 layihə isə ekspertiza mərhələsindən keçərək müvafiq Qiymətləndirmə Komissiyasına təqdim edilib. Geri qayıt |