Əsas Səhifə > Hadisə > Şamaxı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şamaxı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


18-09-2022, 23:15


Şamaxı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün axşam saat 20:00 radələrində Bakı-Şamaxı yolunun Sabir qəsəbəsi ərazisində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində Qəbələ sakinləri - 1986-cı il təvəllüdlü Məmmədov Emin Eldar oğlu, 1994-cü il təvəllüdlü Nəsirli Pünhan İslam oğlu, Oğuz sakini, 2004-cü il təvəllüdlü Mirzəbəyov Şamil Qiyas oğlu xəsarət alıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Geri qayıt