Əsas Səhifə > XARİCİ XƏBƏR > Tayvandakı zəlzələnin amplitudası 7,2 olub: Sunami təhlükəsi var

Tayvandakı zəlzələnin amplitudası 7,2 olub: Sunami təhlükəsi var


18-09-2022, 15:12



Yaponiya Milli Meteorologiya İdarəsi məlumatına görə, Tayvanda güclü zəlzələ baş verib. Zzəlzələnin amplitudası 7,2 olub. 

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. 

Adanın cənubunda baş verən zəlzələ paytaxt Taybeydəki bütün binaları silkələyib, zəlzələ hətta Çinin materik hissəsində də hiss olunub. Bir neçə dəqiqə ərzində sunami xəbərdarlığı edilib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Yujing bölgəsində, ocaq isə təxminən 10 km dərinlikdə yerləşib.

Yaponiyanın Okinava prefekturasındakı Miyakojima adasında da sunami xəbərdarlığı edilib. Dalğanın hündürlüyü təxminən 1 m ola bilər.

Hələlik itkilərlə bağlı məlumat verilməyib.


Geri qayıt