Əsas Səhifə > XARİCİ XƏBƏR > Çində avtobus qəzası: azı 27 nəfər ölüb

Çində avtobus qəzası: azı 27 nəfər ölüb


18-09-2022, 15:05



Çinin cənubundakı Quyçjou əyalətində sərnişin avtobusunun aşması nəticəsində azı 27 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barədə bazar günü əyalətin Sandu Şuy muxtar dairəsinin polis idarəsi məlumat verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qəza səhər tezdən Quiyanq şəhərindən Libo vilayətinə gedən ekspress yolunda baş verib.

Hadisə yerinə təcili tibbi yardım maşınlarıı gəlib və yaralılar xəstəxanaya aparılıb.

Qəzanın səbəbləri araşdırılır.

Şəffaflıq.az


Geri qayıt