Əsas Səhifə > XARİCİ XƏBƏR > Qırğızıstanda matəm elan olundu

Qırğızıstanda matəm elan olundu


18-09-2022, 15:03



Qırğızıstanda Tacikistanla sərhəd münaqişəsində həlak olanların xatirəsinə bir günlük matəm elan edilib.

Qırğızıstan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 19-u dövlət müəssisələri üzərində dalğalanan bayraqlar yarıyadək endiriləcək. Həmçinin, ölkənin müxtəlif bölgələrində müvafiq tədbirlər təşkil olunacaq.

Qeyd edək ki,  Tacikistanla münaqişə nəticəsində 36 Qırğızıstan vətəndaşı həlak olub.

Şəffaflıq.az


Geri qayıt