Əsas Səhifə > XARİCİ XƏBƏR > CAR-da dəhşətli qəza: 19 məktəbli həlak oldu

CAR-da dəhşətli qəza: 19 məktəbli həlak oldu


18-09-2022, 10:30



CAR-ın cənub-şərqində məktəb mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 21 nəfər ölüb.

Yol-nəqliyyat hadisəsi Kvazulu-Natal əyalətinin Ponqola şəhəri yaxınlığındakı magistral yolda baş verib.

Yük maşınının sürücüsü ötmə əməliyyatı etmək istəyən zaman idarəetməni itirərək məktəb mikroavtobusuna çırpılıb. Ölənlərin 19-u 5-12 yaş arası uşaqlardır.

Polisin məlumatına görə, qəzanı törədən şəxs hadisə yerindən qaçıb. Onun axtarışı davam edir.

Yolun qəza baş verən hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.

Şəffaflıq.az


Geri qayıt