Əsas Səhifə > XARİCİ XƏBƏR > KTMT missiyası Ermənistan-Azərbaycan sərhədindəki ərazilərə baş çəkib

KTMT missiyası Ermənistan-Azərbaycan sərhədindəki ərazilərə baş çəkib


17-09-2022, 22:40



KTMT-nin missiyası Ermənistan və Azərbaycan sərhədində yerləşən ərazilərə baş çəkib.

General-polkovnik Anatoli Sidorovun başçılığı ilə KTMT-nin Ermənistandakı missiyasının qabaqcıl qrupu Azərbaycanla sərhəddə bir neçə məntəqədə monitorinq keçirib.

Xatırladaq ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında təşkilatın baş katibi Stanislav Zasın başçılıq etdiyi missiyanın Ermənistana göndərilməsi barədə qərar qəbul edilib. Bundan əlavə, iclasda cavabdehlik sahəsində vəziyyətə daim nəzarət etmək üçün katibliyin əməkdaşları və KTMT-nin Birgə Qərargahının hərbi qulluqçuları arasından işçi qrupunun yaradılması qərara alınıb.

Şəffaflıq.az


Geri qayıt