Əsas Səhifə > XARİCİ XƏBƏR > Ərdoğanla İsrailin Baş naziri arasında rəsmi görüş keçiriləcək

Ərdoğanla İsrailin Baş naziri arasında rəsmi görüş keçiriləcək


17-09-2022, 22:37



İsrailin baş naziri Yair Lapid sentyabrın 22-də BMT-nin Baş Assambleyasının iclasında çıxış edəcək.

Baş Assambleyada iştirak zamanı İsrail hökumətinin başçısının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.

Qeyd olunur ki, bu, İsrail və Türkiyə liderləri arasında 2009-cu ildən bəri keçiriləcək ilk rəsmi görüşdür.

Bundan əlavə T. Lapidin Böyük Britaniyanın yeni baş naziri Liz Trassla da görüşü nəzərdə tutulur.

Şəffaflıq.az


Geri qayıt