Əsas Səhifə > HƏRBİ / Gündəm > İsmayıllıda şəhidlə vida mərasimi

İsmayıllıda şəhidlə vida mərasimi


16-09-2022, 15:19



İsmayıllıda şəhid Xəlilov Qədim İlqar oğlu ilə vida mərasimi təşkil olunub
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi Xəlilov İlqar Qədim oğlu təxribatın qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. 
Şəhidimiz bu gün Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunub.
İsmayıllı RİH kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!


Şəffaflıq.az


Geri qayıt