Əsas Səhifə > RƏSMİ XƏBƏR > Parlamentin komitəsi iclasa toplandı: Müzakirə edilən məsələlər

Parlamentin komitəsi iclasa toplandı: Müzakirə edilən məsələlər


15-09-2022, 23:37



Milli Məclisin 2022-ci ilin payız sessiyası dövründə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq.

Şəffaflıq.az məlumat verir ki, bunu parlamentin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.

İclasda “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb.

Sənəd Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə uyğun olaraq hazırlanıb.

Qanuna əlavəyə əsasən, Sertifikat xidmətləri Mərkəzinin Mərkəzin qeydiyyata alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir.

Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçı şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Geri qayıt