Əsas Səhifə > Hadisə > Şəhid Nahid Məmmədov Cəlilabadda torpağa tapşırılıb

Şəhid Nahid Məmmədov Cəlilabadda torpağa tapşırılıb


14-09-2022, 18:25


Ermənistan tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Məmmədov Nahid Hüseynağa oğlu dəfn edilib.

Şəffaflıq.az məlumatına görə, Cəlilabad rayonunun Vənlik kənd sakini, 1989-cu il təvəllüdlü şəhidin nəşi doğulduğu kəndə gətirilib.

Vida mərasimindən sonra şəhid doğulduğu kənddə torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Geri qayıt