Əsas Səhifə > HƏRBİ > Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"

Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"


14-09-2022, 18:19


"Təxribata cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib".

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

"Təəssüf ki, Ermənistan Azərbaycanın keçirdiyi "Qisas" əməliyyatı və xüsusilə Vətən müharibəsindən nəticə çıxarmayıb", - o vurğulayıb.


Geri qayıt