Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Daha 50 avtomobili müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təqdim edib.-FOTO
Daha 50 avtomobili müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təqdim edib.-FOTO12-09-2019, 20:15 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün “Xəzər” markalı daha 50 avtomobili müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təqdim edib. Şəffaflıq.az xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdıraraq ölkəmizin dinamik iqtisadi inkişafı şəraitində güclü sosial siyasətin həyata keçirildiyini vurğulayıb. O həssas qruplara dövlətin qayğısının artmaqda davam etdiyini vurğulayıb. O da qeyd edilib ki, cari ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına gətirib çıxarmaqla 4,2 milyon insanın rifahına ciddi dəstək olub. Nazir müavini 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulduğunu, hazırda təqdim olunanlar da daxil olmaqla onlardan artıq 330 avtomobil verildiyini diqqətə çatdırıb. A.Əliyev bildirib ki, bununla da indiyədək müharibə əlillərinə 6474 minik avtomobili verilib. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub. Yeni avtomobillə təmin olunan müharibə əlilləri dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlardan bəhs ediblər, onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, o cümlədən yeni avtomobillərlə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Şəffaflıq.az Geri qayıt |