Əsas Səhifə > Hadisə > Gəncədə universitet kitabxanasındakı yanğın söndürülüb

Gəncədə universitet kitabxanasındakı yanğın söndürülüb


13-09-2022, 14:01


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kitabxanasında baş vermiş yanğın söndürülüb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, başvermə səbəbləri araşdırılır.


Geri qayıt