Əsas Səhifə > HƏRBİ > Azərbaycan MN: "Ermənistan mətbuatının məlumatları qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır"

Azərbaycan MN: "Ermənistan mətbuatının məlumatları qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır"


13-09-2022, 09:25


"Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır".

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində yayılan açıqlamada bildirilib.

"Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır", - məlumatda əlavə olunub.


Geri qayıt