Əsas Səhifə > XARİCİ XƏBƏR > Moldova aviaşirkətlərinə Rusiyaya uçuşları bərpa etmək qadağan edilib

Moldova aviaşirkətlərinə Rusiyaya uçuşları bərpa etmək qadağan edilib


10-09-2022, 23:53


Moldovanın Mülki Aviasiya İdarəsi “Air Moldova” milli aviaşirkətinə Moskvaya uçuşları bərpa etməyi qadağan edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

Qeyd olunub ki, qərar mətbuata və sərnişinlərin nəzərinə çatdırılıb.

Moldovanın Baş nazirin müavini Andrey Spinu bildirib ki, təhlükəsizlik səbəbi ilə Moldova Mülki Aviasiya İdarəsi ölkənin aviaşirkətlərinə Rusiyaya uçuşlar həyata keçirməyi qadağan edən direktiv qəbul edib.

Onun sözlərinə görə, qərar qəbul edilərkən Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin Rusiyanın hava operatorlarına verdiyi bütün icazələrin dayandırılması faktı nəzərə alınıb.


Geri qayıt