Əsas Səhifə > Hadisə > Oğuzda iki avtomobil toqquşdu, ölən var

Oğuzda iki avtomobil toqquşdu, ölən var


10-09-2022, 14:39



Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Bucaq kəndi ərazisində baş verib.

“Ford Tranzit” markalı yük avtomobili ilə VAZ-2107 markalı minik avtomobili toqquşub.

Qəza zamanı VAZ-2107-nin sürücüsü Rəhim Quliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt