Əsas Səhifə > Dünya > Bermud adalarına təhlükəli “böyük qasırğa” yaxınlaşır

Bermud adalarına təhlükəli “böyük qasırğa” yaxınlaşır


10-09-2022, 09:41



ABŞ-da Bermud adalarına “Earl” qasırğası yaxınlaşır.

Bildirildiyinə görə, ABŞ-ın şərq sahillərinə doğru hərəkət edən qasırğa “həyat üçün təhlükəli” ola bilər.

2022-ci il Atlantik qasırğası mövsümündə ikinci olan “Earl” qasırğasının güclənməyə davam edəcəyi deyilir. 111-129 mil/saat sürətinə çatacağı və dağıdıcı 3-cü kateqoriya üzrə “böyük qasırğa”ya çevriləcəyi vurğulanır.

ABŞ Milli Qasırğa Mərkəzi (NHC) “Earl” mərkəzinin Bermudun cənub-şərqindən keçəcəyini proqnozlaşdırır.

““Earl”ın yaratdığı dalğalar Bermud adaları yaxınlığında formalaşır və ABŞ-ın şərq sahillərinə çatacaq. Bu dalğaların həftə sonu həyati təhlükəsi ola biləcəyi ehtimal edilir”, - deyə mərkəzin məlumatında qeyd edilib.

Şəffaflıq.az


Geri qayıt