Əsas Səhifə > XARİCİ XƏBƏR > Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarla görüşüb.

Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarla görüşüb.


9-09-2022, 23:29


Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarla görüşüb.

Bu barədə Şəffaflıq.az Ukrayna dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı Ukraynada yeni zavodun tikintisinin təfərrüatları və bir sıra birgə layihələr müzakirə edilib.

"Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşümüzün bir nömrəli mövzusu Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün gələcək əməkdaşlıqdır", - Zelenski vurğulayıb.

O, həmçinin qeyd edib ki, dialoq zamanı Ukraynada “Baykar” zavodunun tikintisinin təfərrüatları və Ukrayna komponentlərindən istifadə etməklə yeni məhsulların istehsalı müzakirə olunub. Bundan əlavə, Volodimir Zelenski Haluk Bayraktara 1-ci dərəcəli "Xidmətə görə" ordenini təqdim edib.

Qeyd edək ki, daha əvvəl üç “Bayraktar” PUA-sı Ukraynaya çatdırılıb. Ukraynalılar üç gün ərzində onlar üçün vəsait toplayıblar, lakin türk şirkəti onları pulsuz olaraq bağışlamağa qərar verib.

Həmçinin bildirilib ki, Ukrayna 2023-cü ilin sonunda “Bayraktar” tipli PUA istehsal edən zavod tikmək niyyətindədir.


Geri qayıt