Əsas Səhifə > Dünya > Astronomlar iki yeni “super-Yer” kəşf etdilər

Astronomlar iki yeni “super-Yer” kəşf etdilər


9-09-2022, 12:47



Beynəlxalq tədqiqat qrupu, Yerdən təqribən 100 işıq ili uzaqlıqda yerləşən kiçik qırmızı cırtdan olan LP 890-9-un orbitində fırlanan iki “super-Yer” planetinin kəşfini açıqlayıb.

Sistemin LP 890-9b adlı daxili planeti Yerdən təxminən 30% daha böyükdür və ulduzun ətrafında cəmi 2,7 günə dövr edir.

İkinci planet ola LP 890-9c də ölçüsünə görə birinciyə bənzəyir. O, Yerdən təxminən 40% böyükdür. Lakin ikinci “super Yer” 8,5 gün olmaqla daha uzun orbital dövrə malikdir.

Şəffaflıq.az


Geri qayıt