Əsas Səhifə > XARİCİ XƏBƏR > Dörd Avropa ölkəsi rusiyalıların öz ərazilərinə girişini qadağan etdi
Dörd Avropa ölkəsi rusiyalıların öz ərazilərinə girişini qadağan etdi8-09-2022, 19:59 |
Estoniya rusiyalıların Aİ ölkələrindən hər hansı birinin verdiyi Şengen vizası ilə ölkə ərazisinə girişini qadağan edir. Bu qərar sentyabrın 19-dan qüvvəyə minəcək. Bunu Estoniyanın xarici işlər naziri Urmas Reynsalu deyib. “Sentyabrın 18-dən 19-na keçən gecə hansı ölkədən Şengen vizası almasından asılı olmayaraq Rusiya vətəndaşlarının Şengen xarici sərhədi vasitəsilə Estoniyaya girişinə qadağa qoyulacaq. Bu qərar qeyd edilən tarixdə qüvvəyə minəcək. Estoniyaya gəlməyin, burada xoş qarşılanmırsınız”, - deyə Urmas Reynsalu qeyd edib. Estoniya xarici işlər nazirinin sözlərinə görə, eyni gündə Litva, Latviya və Polşa da oxşar qadağa tətbiq edəcək. Sentyabrın 7-də Latviyanın xarici işlər naziri Edqar Rinkeviç bəyan edib ki, Baltikyanı ölkələr Rusiya və Belarus sərhədlərindən rusiyalıların öz ərazilərinə girişini məhdudlaşdıracaq. İstisnalar yalnız yük maşını sürücüləri, diplomatlar, eləcə də ailə məsələləri və humanitar səbəblərdən Baltikyanı ölkələrin ərazisinə daxil olanlara şamil ediləcək. Şəffaflıq.az Geri qayıt |