Əsas Səhifə > SON XƏBƏR > Yevlax bulvarında çökmələr yaranıb

Yevlax bulvarında çökmələr yaranıb


7-09-2022, 15:48



Aran bölgəsinin ən isti rayonlarından biri olan Yevlaxda sakinlər sərinləmək və dincəlmək üçün əsasən Kür çayının sahilində salınan bulvara gedirlər. 2010-cu ildə istifadəyə verilən bulvarın ərazisi 8 hektardan artıq, uzunluğu 2,5 kilometrdir. 

Bu il yay çox isti keçsə də, yevlaxlılar çayın kənarında rahat istirahət edə bilməyiblər. Çünki bulvarın bir neçə hissəsində iri çökmələr yaranıb. Rayon sakinləri çökmələri çayda suyun artıb-azalması ilə əlaqələndirirlər.

Sakinlər deyirlər ki, bulvarın həmin hissəsində heç işıqlandırma sistemi də işlək deyil. Belə vəziyyət Kür çayının sahilində həm yaşlılar, həm da uşaqlar üçün təhlükəlidir. Gecə saatlarında burada hərəkət zamanı həmin çökən hissələrə düşənlər yüngül xəsarətlə can qurtara bilməzlər.

12 il əvvəl istifadəyə verilən bulvarın hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Burada baxımsızlıq açıq-aydın sezilir, çayın içindəki qamışlıqdan Kürü görmək isə o qədər də asan olmur. 

Məsələ ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov FHN-in Tikintiyə Nəzarət İdarəsinin rəyinə əsasən bulvarın çökmə olan hissəsinin bağlandığını bildirib.

Şəffaflıq.az


Geri qayıt