Əsas Səhifə > Dünya > Rusiya təbii qazının qiymətinə limit qoyulması müzakirə ediləcək
Rusiya təbii qazının qiymətinə limit qoyulması müzakirə ediləcək5-09-2022, 23:18 |
Avropa İttifaqı (Aİ) ölkələrinin ekspertləri sentyabrın 7-də Rusiyadan idxal olunan təbii qazın qiymətinə limit qoyulmasını müzakirə edəcəklər.Şəffaflıq.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd edilib ki, sentyabrın 7-də keçiriləcək texniki iclasda Rusiya “mavi yanacağı” üçün iki mümkün strategiya nəzərdən keçiriləcək: qiymət həddi tətbiqi və yanacaq təchizatında fasilələrdən ən çox təsirlənən regionlar üçün fövqəladə hallar zamanı qiymətlərin müəyyənləşdirilməsinin inzibati metodu. Geri qayıt |