Əsas Səhifə > XARİCİ XƏBƏR > Uels polisi 70 il əvvəl günahsız adamı edam etdiyinə görə üzr istədi

Uels polisi 70 il əvvəl günahsız adamı edam etdiyinə görə üzr istədi


4-09-2022, 22:27



Uels polisi səhvini etiraf edib və 70 il əvvəl günahsız adamı edam etdiyinə görə üzr istəyib.

Üç uşaq atası olan 28 yaşlı britaniya vətəndaşı olan somalili Mahmud Mattan 1952-ci ilin sentyabrında asılıb. O, Lili Uolpertin Kardiffdəki geyim mağazasında vəhşicəsinə öldürülməsində təqsirli bilinib.

Mahmud sona qədər günahını etiraf etməyib. Lakin onun alibisi olmasa da, günahını təsdiqləyən heç bir dəlil də olmayıb. Üstəlik, kişi ingilis dilini də bilməyib.

Buna baxmayaraq, andçılar heyəti üç gün ərzində ounn barəsində günahkar hökmü çıxarıblar.

1998-ci ildə Mahmudun qohumları onun işinə yenidən baxılmasını təmin ediblər. 2001-ci ildə onlar az miqdarda təzminat alıblar. Belə ki, Mahmud Mattanın təqsirli olmadığı məlum oldu. Ancaq rəsmən üzr istənməsinə yalnız indi nail ola biliblər.

Şəffaflıq.az


Geri qayıt