Əsas Səhifə > Hadisə > General Bəkir Orucovun barəsində həbs qətimkan tədbiri seçilib
General Bəkir Orucovun barəsində həbs qətimkan tədbiri seçilib2-09-2022, 17:16 |
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Bakı Hərbi Məhkəmədən məlumat verilib. Bildirilib ki, məhkəmə B.Orucovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. Onun nədə ittiham olunduğu ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Qeyd edək ki, B.Orucov daha əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub. Şəffaflıq.az Geri qayıt |