Əsas Səhifə > XARİCİ XƏBƏR > Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə görüşüb
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə görüşüb1-09-2022, 18:34 |
Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi ilə təkbətək görüşü olub. Şəffaflıq.az-ın xəbərinə görə, əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi olub. Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri İtaliya Nazirlər Şurasının Sədrinə təqdim olunub. Sonra dövlət başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi birgə foto çəkdiriblər. Geri qayıt |