Əsas Səhifə > XARİCİ XƏBƏR > İlham Əliyev: “İtaliyadakı səfirliyin yeni binasında Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək” -

İlham Əliyev: “İtaliyadakı səfirliyin yeni binasında Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək” -


1-09-2022, 18:10


Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasında Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək.


Şəffaflıq.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimindən sonra çıxışında deyib.


Dövlət başçısı qeyd edib ki, bugünkü mərasim Azərbaycan səfirliyinin yeni binasında keçirilir:


“Onu da deməliyəm ki, bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək.


Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq”.


Geri qayıt