Əsas Səhifə > Hadisə > Toyda oynadığı yerdə qəfil öldü: Qaxdakı faciəli hadisənin TƏFƏRRÜATI
Toyda oynadığı yerdə qəfil öldü: Qaxdakı faciəli hadisənin TƏFƏRRÜATI31-08-2022, 14:39 |
Ötən gün Qaxda toy mərasimində bədbəxt hadisə baş verib. Qax şəhər sakini 1968-ci il təvəllüdlü Vəfa Loğman qızı Məmmədovanın qəfildən halı pisləşib və dünyasını dəyişib. Şəffaflıq.az hadisə ilə bağlı bir sıra təfərrüatları öyrənib. Rayon İcra Hakimiyyətindən bildirilib ki, V.Məmmədova ürəktutmasından dünyasını dəyişib: “Xanım qəfildən, rəqs edən zaman ürəktutmasından dünyasını dəyişib. Hadisə iş yoldaşının övladının toyunda baş verib. Qadındır, kişi deyil ki, içkidən nəsə olsun. Qax şəhər T.İsmayılov adına 5 nömrəli tam orta məktəbdə müəllim işləyirdi. Hadisə saat 8-9 radələrində baş verib. Yüzlərlə insanın gözünün qarşısında olub. Bu gün dəfn edəcəklər”. Qax şəhər T.İsmayılov adına 5 nömrəli tam orta məktəbin nümayəndəsi isə V.Məmmədovanın sənətinə vurğun biri olduğunu qeyd edib: “Zəhmətkeş, əzmkar xarakterli idi. Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Bu məktəbdə 1991-ci ildən fəaliyyət göstərib. Əvvəl ixtisası rus dilində olub, sonradan dəyişib. Müəllim üçün ən gözəl nə varsa, Vəfa müəlliməyə aid idi. O, kursda da dərs deyirdi. Hadisə kursdakı iş yoldaşının toyunda baş verib. Üç uşağı var. İki qız, bir oğlan. Bir qızı bu il magistratura şöbəsinə qəbul olub, kiçik qızı bu il orta məktəbi bitirib, oğlu universitetdə təhsil alır. Kiçiyinin nəticəsini görə bilmədi. Ailəsi haqda çox danışan biri olmayıb”. Məktəb nümayəndəsi onun onkoloji xəstə olduğunu da söyləyib: “O, onkoloji xəstə idi. Biz ona həsəd aparırdıq. Heç vaxt xəstəliyi özünə yaxın buraxmırdı. 9 ildir ki, xəstə idi. Döş xərçəngi idi. Onun son vaxtlar güclü təzyiqi olurdu. Canına fikir verən biri deyildi. Bir gün öncə onu gördüm. Üzündə qəribə ifadə var idi. Halı xoşumuza gəlmədi. Axşam əlaqə saxladıq, xeyli danışdıq. Yaxşı olduğunu dedi. Dünən məktəbdə hamı ilə danışıb, gülüb. Hətta bir neçə gün öncə müəllimlərdən birini görüş zamanı tanımayıb. Adını unudub. Xəstəliyi ağırlaşmışdı, gecələr yatmırdı, 15 dəqiqə yatırdı. Bu gün saat 16:00 radələrində dəfn olunacaq. Hələ özümüzə gələ bilmirik. Qəfil oldu”. Geri qayıt |