Əsas Səhifə > XARİCİ XƏBƏR > İran nüvə sazişini pozdu
İran nüvə sazişini pozdu30-08-2022, 14:02 |
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın uranı 5%-ə qədər zənginləşdirdiyi barədə hesabat yayıb. Hesabatda İranın Natanzdakı yeraltı obyektdə qabaqcıl “IR-6” sentrifuqalarından istifadə etməklə uranı 5%-ə qədər zənginləşdirdiyi barədə məlumat verilib. “28 avqust 2022-ci ildə yanacağın zənginləşdirilməsi üzrə müəssisədə fəaliyyət göstərən agentlik təsdiq etdi ki, İran uranın 5%-ə qədər zənginləşdirilməsi əməliyyatlarını həyata keçirir”, - deyə BAEA-nın hesabatında qeyd edilir. Halbuki 2015-ci ildə İranın nüvə sazişinə uyğun olaraq İranda uranın zənginləşdirilməsi üçün icazə verilən səviyyə 3,67%-dən çox olmamalıdır. Şəffaflıq.az Geri qayıt |