Əsas Səhifə > Gündəm > SƏRNİŞİNLƏRİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİNİ ƏN BAŞLICA AMİLDİR.-FOTO

SƏRNİŞİNLƏRİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİNİ ƏN BAŞLICA AMİLDİR.-FOTO


11-09-2019, 17:42

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 2-ci tağımının təşkilatçılığı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən Şəhərlərarası Avtovağzallarda sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılar və sürücülərlə görüş keçirilib.
Şəffaflıq.az DİN-in mətbuat xidmətindən əldə etdiyi məlumata görə bildirir ki, komplekslərdə sürücülərin iş qrafiki, tibbi müayinə və istirahət otaqları ilə tanış olan Yol Patrul Xidməti Alayının inspektorları bildiriblər ki, keçirilən görüşün əsas məqsədi sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi və ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılmasıdır. Sürücülərə Yol Hərəkəti Qaydalarına, iş və istirahət rejiminə riayət etmələrinin zəruriliyindən danışan polis əməkdaşları, onlara nəqliyyat vasitələrini idarə etməzdən əvvəl tibbi müayinədən keçməyin mütləq olduğunu, eləcə də yollarda sürət həddini aşmamağı, yorğun halda nəqliyyat vasitələrini idarə etməmələrinin vacibliyini bildiriblər.
Görüşdə sürücüləri maraqlandıran suallar da inspektorlar tərəfindən ətraflı şəkildə cavablandırılıb.


Şəffaflıq.az



 
Geri qayıt