Əsas Səhifə > HƏRBİ > Azərbaycan Ordusunun maddi-texniki təminat məsələləri müzakirə olunub
Azərbaycan Ordusunun maddi-texniki təminat məsələləri müzakirə olunub29-08-2022, 21:43 |
Avqustun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə Maddi-Texniki Təminat Baş İdarəsində toplantı keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, toplantıda Azərbaycan Ordusunun maddi-texniki təminat məsələləri müzakirə edilib. Bildirilib ki, qardaş Türkiyənin və digər qabaqcıl ölkələrin təcrübələrindən istifadə olunmaq şərtilə hərbi qulluqçuların xidmət şəraiti, ərazi relyefi və iqlim şəraitinə müvafiq olaraq təminat məsələlərinə dair təkliflər hazırlanıb. Təkliflərə əsasən bütün qoşun növləri üzrə silahlanmaya yeni qəbul edilən texnika və avadanlıqların, eləcə də texniki vəsaitlərin daha da səmərəli istifadəsi nəzərdə tutulur. Eyni zamanda, hərbi qulluqçuların ümumqoşun quru ərzaq payı normasının tərkibi zənginləşdirilir. Sonra hərbi qulluqçuların təminat növlərində yeni təklif olunan nümunələrə baxış keçirilib. General-polkovnik Z.Həsənov yeni təkliflərin nəzərə alınması ilə bağlı aidiyyəti şəxslər qarşısında tapşırıqlar qoyub. Şəffaflıq.az Geri qayıt |